Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə “Real” öz meydanında “Bavariya”nı qonaq edəcək. İlk matçda səfərdə əzmkar qələbə qazanan “Kral klubu” yarımfinala yaxındır. Hətta 0:1 hesablı məğlubiyyət belə “Real”ı növbəti mərhələyə daşıyacaq.
“Lester” isə doğma meydanda Madridin digər təmsilçisi “Atletiko” ilə üz-üzə gələcək. İngiltərə çempionu səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Oyunlar Bakı vaxtı ilə 22:45-də başlayacaq.
18 aprel
“Real” - “Bavariya”
İlk oyun - 2:1
“Lester” - “Atletiko”
İlk oyun - 0:1
19 aprel
“Barselona” - “Yuventus”
İlk oyun - 0:3
“Monako” - “Borussiya”
İlk oyun - 3:2
Son xəbərlər
Son Xəbərlər