Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Madrid “Real”ı İspaniyada İngiltərənin “Çelsi” klubu ilə münasibətlərinə aydınlıq gətirib. Komandalar bu oyundan heç-heçə ilə ayrılıblar. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Yarımfinalın digər oyunu bu gün PSJ (Fransa) ilə “Mançester Siti” (İngiltərə) arasında baş tutacaq. Cavab qarşılaşmaları 4-5 mayda keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
27 aprel
Real – Çelsi 1:1
Qol: Benzema, 29 – Pulişiç, 14.
Baş hakim: Denni Makkeli (Niderland).
Madrid. “Alfredo Di Stefano” stadionu.
Elsevər Məmmədov
Son xəbərlər
Son Xəbərlər