REAL-dan 12 saatlıq Cümhuriyyəti anma marafonu

real-dan-12-saatliq-cumhuriyyeti-anma-marafonu
Oxunma sayı: 1368

Respublikaçı Alternativ (REAL) partiyası İdarə Heyəti 28 May Respublika günü münasibətilə qərar verib.

“Qafqazinfo” xəbər verir ki, qərarda partiya üzvlərinə tövsiyə edib ki, 28 May 12 saatlıq Cümhuriyyəti anma marafonu kimi qeyd edilsin. İstiqlaliyyət küçəsindəki Cümhuriyyət abidəsi önünə gül-çiçək qoyma üzvlər tərəfindən kütlə şəklində deyil, fərdi qaydada, eyni anda deyil, gün ərzində - səhər saat 08:00-dan, axşam saat 20:00-a qədər - həyata keçirilsin. Partiya üzvlərinə bayram anımı zamanı polisin qanuni tələblərinə riayət etmələri tapşırılıb.