REAL-dan Anar Nağılbaz açıqlaması

real-dan-anar-nagilbaz-aciqlamasi
Oxunma sayı: 1592


Bunu Qaynar.info-ya açıqlamasında REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı deyib.

Onun sözlərinə görə gələcək partiyada Anar Nağılbaz təmsil oluna bilər: "Bizdə olan məlumata görə, Azərbaycanda olan indiki duruma onun da münasibəti mənfidir. Bu baxımdan aydındır ki, Real Hərəkatının və gələcəkdə REAL-ın təşəbbüsü ilə yaranacaq partiyada Anar Nağılbaz təmsil oluna bilər. Yəni niyə də olmasın? Mən buna çox müsbət baxıram". 

Azər Qasımlı onu da bildirib ki, istənilən şəxs REAL-a üzv olmaq üçün müraciət edə bilər: "Kim REAL-ın üzvü olmaq istəyirsə, özü müraciət edə bilər. Burada heç bir problem yoxdur. Əgər yaranacaq siyasi partiyanın üzvü olmaq istəyirlərsə, yenə də müraciət edə bilərlər. Amma biz özümüz də Anar bəyə müraciət edə bilərik. Çünki burda hər iki tərəf təşəbbüs göstərə bilər və hesab edirəm ki, Anar bəy bizdən belə bir dəvət gözləyirsə, biz ona bu dəvəti edərik. Biz çox məmnun olarıq ki, Anar Nağılbaz bizim sıralarımıza qoşulsun".