“Real” dünya çempionatında iştirakdan imtina edəcək” - Ançelotti narazıdır

real-dunya-cempionatinda-istirakdan-imtina-edecek
Oxunma sayı: 3649

“Real” 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak etməyəcək.

“Qafqazinfo” İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti açıqlama verib.

Mütəxəssis FİFA tərəfindən klublara ediləcək ödənişin çox aşağı olmasından şikayətçi olub: 

“FİFA unudur ki, klublar və oyunçular bu turnirdə iştirak etməyəcək. “Real”ın 1 matçı 20 milyon avroya başa gəlir. FİFA isə bu bütün turnir üçün bizə cəmi 20 milyon avro vermək istəyir. Bu, çox pisdir. “Real” da digər klublar kimi dəvətdən imtina edəcək”.

Qeyd edək ki, 2025-ci ildə ABŞ-də keçiriləcək klublararası dünya çempionatında Avropanın bir çox nəhəng klubları iştirakdan imtina edib.