“Real” hücumçusunu satdı - Foto

real-hucumcusunu-satdi
Oxunma sayı: 759

İspaniyanın “Real” klubu futbolçu Mariano Diası satıb.

“Qafqazinfo” xəbər verir ki, Diasın yeni komandası Fransanın “Lion” klubu olub. Artıq klubun rəsmi saytında bu barədə məlumat yayılıb. 23 yaşlı hücumçu ilə 5 ilik müqavilə imzalanıb.

Bu transfer üçün “Lion” 8 milyon avro ödəyib.

Qeyd edək ki, M.Dias ötən mövsüm 14 oyunda 5 qol vurub, 2 qolun ötürməsini verib.