"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Qaynar.info-ya REAL üzvüləri veriblər.
Razim Rzayev REAL Hərəkatı Nuxa El Məclisinin rəhbəridir. Onun hansı səbəbdən saxlanılması hələ dəqiq deyil.
Qeyd edək ki, iyulun 25-də Şəki şəhərində Respublikaçı Alternativ Partiyasının Nuxa El Məclisinin təsis yığıncağı keçirilib. Nuxa El Məclisinə mərkəzi Şəki şəhəri olmaqla Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonları daxildir. Təsis yığıncağında El Məclisinin sədri Razim Rzayevdi.
Son xəbərlər
Son Xəbərlər