“Real” klublarası dünya çempionatının finalında

real-klublarasi-dunya-cempionatinin-finalinda
Oxunma sayı: 2453

Mərakeşdə keçirilən klublarası dünya çempionatının ikincisi finalçısı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, Madrid “Real”ı yarımfinalda Misirin “Əl-Əhli” klubu ilə qarşılaşıb və rəqibini 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, fevralın 11-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək finalda madridlilərin rəqibi Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası olacaq.