“Real” “Liverpul”a, “Mançester Siti” “Borussiya”ya qarşı

real-liverpula-mancester-siti-borussiyaya-qarsi
Oxunma sayı: 1596

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

İspaniyada Madrid “Real”ı İngiltərənin “Liverpul” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

İngiltərənin digər təmsilçisi “Mançester Siti” isə doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

1/4 finalın ilk oyunları
6 aprel

 

23:00. Real (İspaniya) - Liverpul (İngiltərə)

23:00. Mançester Siti (İngiltərə) - Borussiya (Dortmund, Almaniya)