“Real” Londona baş məşqçisiz gedir

real-londona-bas-mesqcisiz-gedir
Oxunma sayı: 1878

“Real”ın baş məşqçisi Karlo Ançelottinin koronavirus testi növbəti dəfə müsbət çıxıb.

“Qafqazinfo” “Marca”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis koronavirus səbəbindən Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə oyununa görə Londona getməyə bilər.

Ançelottinin sabah verəcəyi testin nəticəsi mənfi olsa, onun İngiltərəyə getməsində problem olmayacaq.

Sabah keçiriləcək “Çelsi” – “Real” matçına saat 23:00-da start veriləcək.

Ançelotti koronavirus səbəbindən La Liqada “Selta” ilə oyunu (2:1) buraxmışdı.