“Real Madrid” “Barselona”ya qalib gələrək finala yüksəldi

real-madrid-barselonaya-qalib-gelerek-finala-yukseldi
Oxunma sayı: 2434

Bu gün İspaniya Super Kubokunda "El-Klassiko" keçirilib.

"Qafqazinfo" xəbər verir ki, ilk yarımfinal oyununda "Real Madrid" "Barselona" ilə üz-üzə gəlib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən görüş kifayət qədər maraqlı alınıb. Əsas vaxtı 2:2 hesabı ilə başa çatan matçın uzatma dəqiqələrində daha bir qol vuran Madrid təmsilçisi 3:2 hesablı qələbə ilə finala yüksəlib.

"Barselona" - "Real Madrid" - 2:3

Qollar: Vinisius, 25 (0:1), De Yonq, 41 (1:1), Benzema, 72 (0:1), Fati, 83 (2:2), Valverde, 98 (2:3)

Madridlilər finalda bu gün keçiriləcək "Atletiko" (Madrid) - "Atletik" (Bilbao) duelinin güclüsü ilə qarşılaşacaq.