“Real Madrid” çempion oldu- - Yenilənib+Fotolar

real-madrid-cempion-oldu-
Oxunma sayı: 3639


“Qafqazinfo” xəbər verir ki, “Real Madrid” “Atletiko Madrid”lə qarşılaşır. Bir tərəfdə 12 illik fasilədən sonra kubok həsrəti ilə alışıb yanan “Real”, digər tərəfdə La Liqanın son qalibi “Atletiko Madrid” var. Çempionlar Liqası tarixində ilk dəfə bir şəhərin iki komandası finalda qarşılaşır. 

***

Dieqo Qodinin qolu 36-cı dəqiqədə “Atletiko Madrid”i hesabda önə keçirdi.

***

İlk 45 dəqiqə “Atletiko Madrid”in 1-0 hesablı qələbəsi ilə  başa çatdı.

***

78-ci dəqiqə geridə qalıb və “Atletiko”nun minimal hesablı qələbəsi davam edir.

***

93-ü dəqiqədə “Real Madrid”in bərabərlik qolunu Serxiyo Ramos vura bilib.

***

Görüşün əsas vaxtı 1-1 hesabı ilə başa çatdığına görə 30 dəqiqəlik əlavə vaxt oynanılacaq.

***

Qaret Beyl və Marselo “Real Madrid”ə 10-cu kuboku qazandırdı.  Görüşdə son nöqtəni Ronaldo penaltıdan qoydu.

İqbal