“Real Madrid” dünyanın ən güclü komandası oldu

real-madrid-dunyanin-en-guclu-komandasi-oldu
Oxunma sayı: 6955

“Real Madrid” klublararası dünya çempionatının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, ispaniyalılar finalda Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunu məğlub ediblər.

İngiltərəli Entoni Teylorun idarə etdiyi oyunun 13-cü dəqiqəsində Kərim Benzemanın dəqiq ötürməsindən sonra Vinisiusa topu qola çevirib. Beş dəqiqə sonra Federiko Valverdenin hesabı 2-yə çatdırıb. 26-cı dəqiqədə isə “Əl Hilal”ın oyunçusu Musa Mareqa komandasının ilk qolunu vurub.

54-cü dəqiqədə Kərim Benzemanın zərbəsi növbəti dəfə dəqiq olub. Daha sonra Federico Valverde fərqlənib. Lusiano Vyetto komandalar arasındakı fərqi ikiyə endirsə də, “Əl Hilal”ın sevinci uzun çəkməyib. 6 dəqiqə sonra Vinisius hesabdakı fərqi artırıb. 79-cu dəqiqədə Lusiano Vyetto yenidən fərqlənib.  Bununla da matç 5:3 hesabı ilə ispaniyalıların üstünlüyü ilə yekunlaşıb.