Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gələcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyunda “Mançester Siti”yə səfərdə 3:4 hesabı ilə uduzan “Real” bu dəfə rəqibini evdə qəbul edəcək.
Bu oyunda “Liverpul”un həlledici qarşılaşmadakı rəqibinin adı bəlli olacaq.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
4 may
23:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Madrid, "Santyaqo Bernabeu" stadionu. Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 3:4
***
Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
"Real" ilk oyunda 3:4 hesabı ilə uduzduğu "Mançester Siti"ni qəbul edib.
Görüş dramatk məcrada keçib. Oyunda hesabı qonaqlar açıb və matçın son dəqiqələrinə qədər üstünlüyünü qoruyub. Ancaq Madrid klubunun hücumçusu Rodriqo 90 və 90+1-ci dəqiqələrdə dubl edərək komandasını məğlubiyyətdən xilas edib, görüş əlavə vaxta gedib. Əlavə vaxtda isə Kərim Benzema penaltidən fərqlənib və "Real" möhtəşəm geridönüşlə finala yüksəlib.
Karlo Ançelottinin komandası finalda "Liverpul"la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.