“Real Madrid” Ramosla müqaviləni uzadır

“Real Madrid” Ramosla müqaviləni uzadır
Oxunma sayı: 956

“Real Madrid”in müdafiəçisi Serxio Ramos klubla müqaviləsini uzadacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın “El Espanol” qəzeti məlumat yayıb. Futbolçunun hazırkı müqaviləsinin müddəti yayda başa çatır. Yeni razılaşmanın müddəti isə 2023-cü ilədək olacaq. Ramosun illik əmək haqqı klubun koronavirusla bağlı itkiləri nəzərə alınmaqla 10% azaldılma ilə 12 milyon avro təşkil edəcək.

Qeyd edək ki, 34 yaşlı futbolçu “Real Madrid”də 2005-ci ildən forma geyinir. O, Madrid komandasının tərkibində 5 qat İspaniya çempionu, 2 kubok sahibi və 4 qat Super Kubok qalibi, 4 dəfə UEFA Çempionlar Liqası və Klublararası Dünya Kubokunun və 3 dəfə UEFA Superkubokunun sahibi olub. Bu mövsüm müxtəlif turnirlərdə 18 matçda iştirak edib, üç qol vurub və 1 məhsuldar ötürmə edib.