“Real Madrid” “Valensiya”nı darmadağın etdi - Video

real-madrid-valensiyani-darmadagin-etdi
Oxunma sayı: 3081

İspaniya çempionatının 29-cu turunda “Real Madrid” “Valensiya”nı darmadağın edib.

“Qafqazinfo” bildirir ki, oyunda Kərim Benzema dublla, Marko Asensio isə bir qol vurmaqla fərqlənməyi bacarıb.

“Yarasalar”ın rusiyalı yarımmüdafiəçisi Denis Çerışyov 69-cu dəqiqədə meydana çıxaraq Karlos Soleri əvəzləyib.

Madrid komandası turnir cədvəlinin ikinci yerində, “Valensiya” isə səkkizinci yerində qərarlaşıb.

İspaniya çempionatı

29-cu tur

“Real Madrid” – “Valensiya” – 3:0 (0:0)

Qollar: Benzema, 61 (1:0). Asensio, 74 (2:0). Benzema, 86 (3:0).