“Real Madrid” Zidanın oğlunu göndərdi

real-madrid-zidanin-oglunu-gonderdi
Oxunma sayı: 770

“Real Madrid”in baş məqşçisi Zinəddin Zidanın oğlu Enzo Zidan “Alaves” klubuna transfer olub.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Müqavilə bitdikdən sonra Enzo Zidanı transfer etmək hüququ ilk olaraq “Real Madrid”də olacaq.

Qeyd edək ki, gənc oyunçu “kral klubu”nun əsas heyətində ilk və yeganə matçını İspaniya Kral kuboku matçında “Kultural Leonesa”ya qarşı oynayıb.

“Real Madrid B”də forma geyinən Enzo ötən ildən etibarən əsas heyətlə məşqlərə çıxırdı.