İspaniyanın “Real” klubu ciddi itki ilə üzləşib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sağ cinah müdafiəçisi Daniel Karvahal zədələnib.
O, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Atletiko” il ilk oyununda zədə alıb. Futbolçunun təxminən bir ay yaşıl meydanlardan kənar qalacağı bildirilib.
Karvahal “Atletiko” ilə cavab oyununda və La Liqanın son turlarındakı matçları buraxmalı olacaq.
Son xəbərlər
Son Xəbərlər