“Real Madrid”in ÇL-nin finalına çıxacaq qapıçısı məlum olub

real-madridin-cl-nin-finalina-cixacaq-qapicisi-melum-olub
Oxunma sayı: 3976

Belçika millisinin qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə oyunda “Real Madrid”in start heyətində yer alacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, belçikalı futbolçu ötən həftə qripə yoluxan ukraynalı qapıçı Andrey Luninin xəstəliyi səbəbindən ilk 10-luqda yerini tutub.