Bu gün İsveçrənin Nyon şəhərində püşkatma mərasimi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, püşkatmada Çempionlar Liqasının və Avropa Liqasının yarımfinal cütlükləri bəlli olacaq.
İlk olaraq qitənin ən nüfuzlu klub turnirinin püşkü atılacaq. Saat 13:30-da başlayacaq püşkatmada “Real”, “Mançester Siti”, “Atletiko” və “Bavariya” arasında 2 cütlük müəyyənləşəcək.
14:30-da isə Avropa Liqasın püşkatması baş tutacaq. Bu turnirdə “Sevilya”, “Vilyareal”, “Livepul” və “Şaxtyor” mübarizəni davam etdirir.
***
“Mançester Siti” – “Real”
“Atletiko” - “Bavariya”
Qeyd edək ki, yarımfinalın ilk oyunları aprelin 26-27-sində keçiriləcək. Cavab qarşılaşmaları isə 3-4 mayda olacaq.
Son xəbərlər
Son Xəbərlər