“Real” Mbappenin transferini bu tarixlərdə açıqlaya bilər

real-mbappenin-transferini-bu-tarixlerde-aciqlaya-biler
Oxunma sayı: 2471

PSJ-nin hücumçusu Kilian Mbappe “Real”a keçəcək.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə jurnalist Fransua Qalardon çıxış edib.

Onun sözlərinə görə, transfer 6 və ya 7 iyulda açıqlanacaq.

“6 və ya 7 iyulda siz Madridlilər böyük sevinc yaşayacaqsınız. Kilian Mbappe “Real”ın oyunçusu olacaq və arzusunu həyata keçirəcək. Çox az qalıb!” - deyə jurnalist bildirib.

Qeyd edək ki, PSJ-nin Mbappe ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. “Real”ın fransalı oyunçu üçün 250 milyon avro ödəməyə hazır olduğu bildirilir.