“Real” Modriçin formasını 7 min avroya satdı

real-modricin-formasini-7-min-avroya-satdi
Oxunma sayı: 1224

“Real” rəhbərliyi futbolçularının formasının satışını təşkil edib. “Qafqazinfo” xəbər verir ki, auksiona futbolçuların “Eybar”la oyunda geyindikləri formalar çıxarılıb.

Ən baha Luka Modriçin forması satılıb. Xorvatın formasına 7 min avro ödəyiblər.

Eden Azarın forması 3,2, Serxio Ramosun futbolkası isə 3,1 min avroya satılıb. Qaret Beylin formasına isə tələbat aşağı olub . Ona görə də, uelslinin formasına cəmisi 1,5 min avro veriblər.

Auksionda toplanan vəsait “Real”ın sosial idman layihələrinə yönəldiləcək. Növbəti hərracda "Real"ın futbolçularının "Valensiya" ilə oyunda (3: 0) geyindiyi futbolkalar satılacaq.