“Real Madrid” klubu ispaniyalı hücumçu Alvaro Moratanı sata bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.
Məlumata görə, kral klubu hücumçunu 60 milyon avroya satmağa razıdır. Hazırda 24 yaşlı Morata ilə “Arsenal” və “Çelsi” maraqlanır.
Qeyd edək ki, Morata bu sezon meydana çıxdığı 13 qarşılaşmada 5 qol vurub.
Son xəbərlər
Son Xəbərlər