“Real Madrid” futbolçusu Lukas Vaskeslə müqaviləni 2025-ci ilə qədər uzadıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Qeyd edək ki, Lukas Madrid klubuna 2007-ci ildə keçib. 32 yaşlı futbolçu ötən mövsüm 38 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun hazırda transfer dəyəri 4 milyon avrodur.
Həmçinin “Real” ötən gün yarımmüdafiəçisi Luka Modriçlə də 2025-ə qədər müqaviləni uzatmışdı.