“Real” “Qalatasaray”ı darmadağın etdi - Video + Fotolar

real-qalatasarayi-darmadagin-etdi
Oxunma sayı: 4680

Çempionlar Liqasında qrup mərhələsinin IV turunun oyunları başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, A qrupunda "Real" doğma azarkeşləri önündə "Qalatasaray"ı qəbul edib.

Oyun "Real"ın üstünlüyü ilə başlayıb. İlk hissədə Madrid təmsilçisi "sarı-qırmızılar"ın qapısından 4 cavabsız qol keçirib. Fasilədən sonra daha iki qol vuran Zinəddin Zidanın komandası 6:0 hesablı qələbə qazanıb.

Qrupun digər matçında isə PSJ "Brügge" üzərində 1:0 hesablı qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin edib.

6 noyabr

A qrupu
00:00. “Real” (İspaniya) – “Qalatasaray” (Türkiyə) - 6:0 

Qollar: Rodriqo, 4, 70, 90+3, Ramos, 14, Benzema, 45, 81

Baş hakim: Feliks Zvayer (Almaniya)