“Real” Ronaldonu 60 milyona satacaq

real-ronaldonu-60-milyona-satacaq
Oxunma sayı: 2328

Madridin “Real” klubu öz lideri portuqaliyalı hücumçu Kriştianu Ronaldonu bu yay 60 milyon avroya satmağa hazırlaşır.

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi məlumata görə, transferə klubun prezidenti Florentino Peresin heyəti ciddi surətdə yeniləmək, həmçinin əməkhaqqı cədvəlini yüngülləşdirmək istəyi səbəb olub.

Otuz yaşlı Ronaldo Madrid klubunda 2009-cu ildən çıxış edir. O, klubun heyətində 323 oyun keçirib, 338 qol vurub və 109 məhsuldar ötürmə edib. Hücumçunun potensial alıcıları sırasında Fransanın “PSJ” və İngiltərənin “Mançester Yunayted” klublarının adı çəkilir.