“Real” Super Kubokun finalında - Video

real-super-kubokun-finalinda
Oxunma sayı: 2304

Səudiyyə Ərəbistanında İspaniya Super Kubokunun oyunları keçirilir.

 “Qafqazinfo” xəbər verir ki, ilk yarımfinal matçında "Real" və "Valensiya" qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn madridlilər finala vəsiqə qazanıb.

Digər yarımfinal görüşündə "Atletiko" və "Barselona" qarşılaşacaq.

"Real" - "Valensiya" - 3:1

Qollar: Toni Kroos, 15, İsko, 39, Luka Modriç, 65 - Daniel Parexo, 90+2 (pen.)