“Real” Superkubokun finalında - Video

real-superkubokun-finalinda
Oxunma sayı: 2356

“Real” İspaniya Superkubokunda yarımfinal oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Karlo Ançelottinin komandası “Atletiko” ilə qarşılaşıb. Madridlilər 5:3 hesablı qalibiyyətlə finala adlayıb. 

Digər yarımfinal oyununda bu gün “Barselona” “Osasuna”nı qəbul edəcək. Bu görüşün qalibi finalda "Real"a rəqib olacaq.

“Real” – “Atletiko” - 5:3
Qollar: Rüdiger, 20. Mendi, 29. Karvahal, 85. Saviç, 116-öz qapısına. B.Dias, 120+2 – M.Ermoso, 6. Qrizmann, 37. Rüdiger, 78-avtoqol.