Bu gün UEFA Çempionlar Liqasında ilk yarımfinalçıların adları bəlli olacaq. “Qafqazinfo” xəbər verir ki, Madrid “Real” səfərdə 0:2 hesabı ilə uduzduğu “Volfsburq”u doğma meydanda qəbul edəcək.
Digər oyunda isə “Mançester Siti” və PSJ İngiltərədə üz-üzə gələcəklər.
Çempionlar Liqası
1/4 final mərhələsi, cavab qarşılaşmaları
12 aprel
22:45. “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa)
Hakimlər: Karlos Velasko Karbalyo, Roberto Alonso, Xuan Yuste, Raul Kabanero
Əlavə köməkçi hakimlər: Jesus Gil Manzano, Karlos del Kerro (hamısı İspaniya)
Mançester. Şəhər stadionu
İlk oyun – 2:2
22:45. “Real” (İspaniya) – “Volfsburq” (Almaniya)
Hakimlər: Viktor Kaşşai, Qyorqi Rinq, Vensel Tot, İstvan Albert
Əlavə köməkçi hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macasıtan)
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 0:2
Son xəbərlər
Son Xəbərlər