“Real” ulduzların yeni nömrələrini açıqladı

real-ulduzlarin-yeni-nomrelerini-aciqladi
Oxunma sayı: 3216

“Real Madrid” bir sıra futbolçuların forma nömrələrini dəyişdiyini açıqlayıb.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, yeni transfer Kilian Mbappe Madrid təmsilçisində 9 nömrəli forma ilə çıxış edəcək.

Eduardo Kamavinqa 6, Federiko Valverde 8, Aurelien Tçouameni 14, Arda Gülər ​​15, Xesus Valyexo isə 18 nömrəli forma geyinəcək.

Qeyd olunur ki, “kral klubu” sabahdan etibarən öz fan-şoplarında oyunçuların nömrələri yenilənmiş formaların satışına başlayacaq.