Bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. “Kral klubu” Madrid derbisinə itkilərlə çıxacaq. Belə ki, komandanın əsas heyət oyunçuları Qaret Beyl və Kərim Benzema zədəli, Marselo isə cəzalıdır.
Digər matç isə Fransada oynanılacaq. “Monako” öz azarkeşləri önündə ilk oyunda 0:1 hesabı ilə uduzduğu “Yuventus”u qəbul edəcək.
Qeyd edək ki, hər iki qarşılaşma saat 23:45-də start götürəcək.
***
Artıq gözlənilən hər iki oyun başlayıb. Matçlarda 30 dəqiqənin oynanılmasına baxmayaraq, hər iki oyundan hesab 0:0-dır.
***
Oyunlarda ilk hissə başa çatdı. Hələ ki, heç bir komanda hesabı açmayıb.
***
Matçlarda ikinci hissəyə start verildi.
***
“Real” klubunun oyunçusu Xavier Ernandez 88-ci dəqiqədə oyunda hesabı açıb. “Real” “Atletiko”:1-0.
***
Hər iki oyun başa çatdı.“Monako” və “Yuventus” oyununda hesab açılmadı. Nəticələrə görə, “Real” və “Yuventus” yarımfinala vəsiqə qazanıblar.
Son xəbərlər
Son Xəbərlər