“Real” yarımfinala hazırlaşa bilər

real-yarimfinala-hazirlasa-biler
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Madrid “Real”ı səfərdə APOEL-lə üz-üzə gəlib. 8 ən güclü komanda sırasına düşməklə hər kəsi təəccübləndirən Kipr təmsilçisinin bundan artığına gücü çatmayıb. Qapısının toxunulmazlığını 74 dəqiqə qoruya bilən APOEL qalan vaxt ərzində 3 top buraxaraq cavab görüşünü formallığa çevirib.
“Benfika” isə evdə “Çelsi”ni qəbul edib. Oyunun 75-ci dəqiqəsində londonluların hücumçusu Salomon Kalu fərqlənib. Bu qol oyunda yeganə olub.
Cavab görüşləri gələn həftə baş tutacaq.

APOEL (Kipr) - "Real" (İspaniya) - 0:3
Qollar: Benzema, 74 (0:1), 90 (0:3), Kaka, 82 (0:2)

"Benfika" (Portuqaliya) – "Çelsi" (İngiltərə) - 0:1
Qol: Kalu, 75 (0:1)

Ceyhun Əhmədov