““Real”da başqa baş məşqçi görə bilərsiz” - Zidan

realda-basqa-bas-mesqci-gore-bilersiz-
Oxunma sayı: 3386

Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının son turunda “Atletiko” ilə qarşılaşmadan (0:1) sonra fikirlərini bildirib.

“Qafqazinfo”nun qol.az-a istinadən xəbərinə görə, fransalı mütəxəssis məğlubiyyətə baxmayaraq komandasından razı qaldığını deyib:

“Mən futbolçularımıza çox inanıram. Əminəm ki, onlar da mənə dəstək olacaqlar”.

Komandada islahatların aparılacağını bildirən Zidan hətta baş məşqçi dəyikliyi ola biləcəyini də qeyd edib: “Gələn mövsüm böyük dəyişikliklər olacaq. “Real”da başqa baş məşqçi də görə bilərsiniz”.

Xatırladaq ki, Zidanın Madrid klubu ilə 2018-ci ilə qədər müqaviləsi var.