“Real”da ciddi itki

realda-ciddi-itki
Oxunma sayı: 2039

"Real"ın yarımmüdafiəçisi Luka Modriç zədə səbəbindən Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə ilk oyunu buraxmaq riski ilə üzləşib.

"Qafqazinfo" İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı futbolçunun bud sümüyü yırtılıb və bu səbəbdən o, iki həftə yaşıl meydanlardan kənarda qala bilər. 

37 yaşlı yarımmüdafiəçinin qarşıdakı La Liqa matçında və "Osasuna" ilə Kral Kubokunun finalında dəqiq oynamayacağı vurğulanıb.