“Real”dan daha bir qələbə

realdan-daha-bir-qelebe
Oxunma sayı: 651

“Real”ın heyətində Anxel Di Mariya (35-ci dəqiqə), Kriştianu Ronaldu (65) və Marselo (90) fərqləniblər. Meydan sahiblərinin yarımmüdafiəçisi Sebastyan Equren 80-ci dəqiqədə ikinci sarı kartla meydandan qovulub.

Daha bir darmadağına isə “Barselona” imza atıb. Komanda ev oyununda “Levante”nin qapısından beş cavabsız top keçirib. Qarşılaşmada Sesk Fabreqas iki, Lionel Messi, Aleksis Sançes və İsaak Kuenka hərəyə bir qol vurublar.

15-ci turdan sonra turnir cədvəlinə 37 xalla “Real” başçılıq edir. Üstəlik, Madrid klubunun ehtiyatda bir oyunu da var. “Barselona” “Real”dan üç xal geri qalır.