“Real”dan “İnter”ə 45 milyonluq transfer

realdan-intere-45-milyonluq-transfer
Oxunma sayı: 2592

İtaliyanın “İnter” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Qafqazinfo" xəbər verir ki, Milan təmsilçisi Madrid “Real”ının mərakeşli legioneri Əşrəf Hakimini transfer edib.
 
Bu barədə A Seriyası iştirakçısının rəsmi saytı məlumat yayıb. Sağ cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb. 
 
“İnter” 21 yaşlı oyunçu üçün “Real”a 40 milyon avro ödəyəcək. Madrid təmsilçisinin əlavə bonuslarla daha 5 milyon avro qazanmaq şansı var.