İspaniyanın "Real" klubu koronavirus pandemiyasına görə La Liqada yaranan fasilə səbəbindən maaşları azaldıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Madrid təmsilçisində bütün futbolçular, basketbolçular, həmçinin rəhbərliyin üzvləri maaşların azaldılmasına razılıq verib.
Bildirilib ki, maaşlar mövsümün qalan hissəsinin taleyindən asılıq olaraq 10-20 faiz azaldılacaq.
Qeyd olunub ki, bu qərar klubun digər əməkdaşlarının əmək haqqının əvvəlki kimi qalmasına şərait yaradıb.
Son xəbərlər
Son Xəbərlər