“Real”dan növbəti qələbə - Video

realdan-novbeti-qelebe
Oxunma sayı: 1954

Futbol üzrə İspaniya La Liqasında 33-cü tura yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Eybar”ın qonağı olan “Osasuna” səfərdə inamlı qələbəyə sevinib. “Real Sosyedad” “Espanyol”u məğlub yola salıb.

Lider “Real” isə bu turda “Xetafe” ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyundan minimal hesabla qalib ayrılıb.

Bununla da “Real” turnir cədvəlində “Barselona”nı 4 xal qabaqlayıb.

İspaniya La Liqası
33-cü tur

2 iyul

Eybar – Osasuna 0:2
Qol: R.Qarsiya, 6; 74.

Real Sosyedad – Espanyol 2:1
Qol: V.Xose, 56. İsak, 84 – D.Lopes, 10.

Real – Xetafe 1:0
Qol: S.Ramos, 79-pen.