“Real”ın avtobusu qəzaya uğradı

realin-avtobusu-qezaya-ugradi
Oxunma sayı: 1575

“Real”ın futbolçularını və məşqçilər heyətini daşıyan avtobus Çempionlar Liqasının 1/8 final mərhələsində “RB Leipzig”lə oyuna gedərkən qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Chiringuito TV” portalı məlumat yayıb.

Bildirilir ki, hadisə Almaniyada baş verib. Magistral yol ilə hərəkət edən avtomobilin sürücüsü “Real”ın futbolçularını aparan avtobusun görüntüsünü çəkməyə çalışıb. Bu zaman o, idarəetməni itirib və onun avtomobili ispan klubunun avtobusu ilə toqquşub. Xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün “Red Bull Arena”da Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Real” və “RB Leypsiq” komandaları arasında ilk oyun keçiriləcək. Cavab oyunu martın 6-da Madriddə olacaq.