“Real”ın baş məşqçisi Quti olacaq? - Prezidentdən açıqlama

realin-bas-mesqcisi-quti-olacaq
Oxunma sayı: 2641

Madrid “Real”ının yeni baş məşqçisi Quti olacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu İspaniyanın “Mursiya” klubunun prezidenti Viktor Qalves iddia edib. O, bu barədə “Marca” nəşrinə açıqlamasında məlumat verib:

“Quti ilə görüş təyin etmişdim. Onunla görüşüb, “Mursiya”ya dəvət etmək fikrim var idi. Lakin Zinədin Zidan “Real”dan istefa verdi. Qutinin komandamıza gəlib-gəlməməsi “Real”ın prezidenti Florentino Peresdən asılıdı. Peres Qutini seçsə, “Real”ın baş məşqçisi olacaq və o, “Mursiya”ya gəlməyəcək”.

Qeyd edək ki, Quti karyerasının böyük hissəsini məhz “Real”da keçirib.