“Real”ın “Çelsi” ilə oyun üçün iştirak ərizəsi

realin-celsi-ile-oyun-ucun-istirak-erizesi
Oxunma sayı: 1413

“Real” Çempionlar Liqasının yarımfinalında “Çelsi” ilə cavab matçı üçün iştirak ərizəsini açıqlayıb.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, heyətdə koronavirusdan sağalan Federiko Valverde və zədəsini sağaldan Serxio Ramos da yer alıb:

Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Dieqo Altube

Müdafiəçilər: Eder Militao, Rafael Varan, Naço, Marselo, Alvaro Odrisiola, Miqel Quttieres, Serxio Ramos, Ferland Mendi

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kasemiro, İsko, Serxio Arribas, Antonio Blanko, Federiko Valverde

Hücumçular: Eden Hazard, Kərim Benzema, Marko Asensio, Vinisius Junior, Mariano, Rodriqo

Qeyd edək ki, sözügedən matç sabah Bakı vaxtı ilə 23:00-da start götürəcək. Komandalar arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.