“Real”ın finaldakı rəqibi bilindi

realin-finaldaki-reqibi-bilindi
Oxunma sayı: 2572

Futbol üzrə İspaniya Super Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutan görüşdə Madrid “Atletiko”su ilə Bilbao “Atletik”i üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matç “Atletik”in qələbəsi ilə yekunlaşıb. Beləliklə, Bilbao təmsilçisi yarımfinalda “Barselona”nı 3:2 hesabı ilə məğlub etmiş “Real”la finalda oynamaq hüququ əldə edib. Həlledici qarşılaşma yanvarın 16-da keçiriləcək.

İspaniya Super Kuboku
Yarımfinal
13 yanvar

Atletiko – Atletik 1:2
Qol: U.Simon, 62-öz qapısına – Y.Alvares, 77. N.Uilyams, 81.