“Real”ın futbolçusu rəsmən Bundesliqa klubunda

realin-futbolcusu-resmen-bundesliqa-klubunda
Oxunma sayı: 1155

İspaniyanın “Real” klubu hücumçusu Luka Yoviçi icarəyə göndərib.

"Qafqazinfo" xəbər verir ki, Madrid təmsilçisi serb futbolçunu sabiq klubu “Ayntraxt”a icarəyə verib.

Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu mövsümün sonuna qədər Almaniya təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, 2019-cu ildə məhz “Ayntraxt”dan 63 milyon avroya “Real”a keçən Yoviç bu mövsüm müxtəlif zədələr səbəbindən La Liqada cəmi 4 oyuna çıxıb.