“Real”ın illik gəliri rekord məbləğə çatıb

realin-illik-geliri-rekord-meblege-catib
Oxunma sayı: 3657

İspaniyanın “Real Madrid” klubunun illik gəliri rekord məbləğə çatıb.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, “Real”ın 2023/24 mövsümündəki gəliri 1,073 milyard avro təşkil edib.

Bildirilib ki, bu məbləğə oyunçu transferləri daxil deyil. Əvvəlki mövsümlə müqayisədə gəlir artımının 27% olduğu qeyd edilir. 2023/24 mövsümündə xalis mənfəət 16 milyon avro təşkil edib.

Qeyd edək ki, ötən mövsüm “Real” UEFA Çempionlar Liqasının, İspaniya çempionatının və İspaniya Superkubokunun qalibi olub.