“Real”ın prezidentindən daha bir jest - Suriyalı ailəni dəvət etdi+Video

realin-prezidentinden-daha-bir-jest
Oxunma sayı: 2521

Avropaya gələn suriyalı qaçqınlara dəstək olan Madrid “Real”ı miqrantlara qarşı daha bir jest edib.

“Qafqazinfo” xəbər verir ki, ispan klubunun prezidenti Florentino Peres macarıstanlı jurnalist Pedro Lazlonun yerə yığdığı suriyalı ailəni klubun ofisinə dəvət edib.

“Kral klubu”nun prezidenti suriyalı ailəyə “Real”ın qazandığı uğurları göstərib. O, həmçinin madridlilərin fanatı olan suriyalı qaçqın Osama Abdul Mohsenin kiçik oğluna “Santyaqo Bernabeu” stadionunda futbol oynamaq şəraiti yaradıb. Peres həmçinin həmin ailəyə kömək edəcəklərini bildirib.