“Real”ın sabiq üzvü Bakıda - Foto

realin-sabiq-uzvu-bakida
Oxunma sayı: 1759

Aprelin 26-dan 29-dək Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumu baş tutub.

Qafqazinfo” xəbər verir ki, forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfesiyaların, QHT-lərin nümayəndələri iştirak ediblər.

Forumda iştirak edən məşhur fransız futbolçu Kristian Karembe öz rəsmi Twitter səhifəsində tədbirdən şəkil paylaşıb.

Qeyd edək ki, Fransa yığmasında 53 oyun keçirmiş Karembe həm də İtaliyanın “Sampdoriya”, İspaniyanın “Real” və İngiltərənin “Midlsbro” klublarındakı çıxışı ilə məşhurdur.