“Real”ın stadionunda yanğın - Video

realin-stadionunda-yangin
Oxunma sayı: 1640

İspaniyanın "Real" klubuna məxsus "Santyaqo Bernabeu" stadionunda yanğın baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə arenada təmir işlərinin getdiyi sahədə qeydə alınıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovun qarşısını alıblar. Hadisədən ciddi zərər çəkən olmayıb.

Qeyd edək ki, Madrid təmsilçisi geridə qalan mövsümdə ev oyunlarını "Alfredo di Stefano" stadionunda keçirib. "Kral klubu"nun doğma stadionuna gələn mövsümdən qayıdacağı gözlənilir.