“Real”ın tarixi qələbəsi- - Video

realin-tarixi-qelebesi-
Oxunma sayı: 1695


“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqasında sonuncu dəfə 2001-2002-ci il mövsümündə final oynayan və Çempionlar Liqası kubokunu başı üzərinə qaldıran “Real”, bu mənada 12 illik həsrətinə son qoyub. Kral kubokunun finaldakı rəqibi bu gün keçiriləcək “Çelsi”- “Atletiko”Madrid görüşündən sonra bəlli olacaq. 

2002-ci ildə mayın 15-də Qlazqonun “Hempdon Park” stadionunda alman təmsilçi “Bayer Leverkuzen”i finalda 2-1 hesabı ilə məğlub edən “Real” tarixi ərzində 9-cu dəfə bu mötəbər turnirin kubokuna sahib olub. Zinəddin Zidanın  “ensklopedik” qolu madridlilərə böyük sevinc bəxş etmişdi. Həmin zəfərin üzərindən 12 il ötür və eyni uğuru təkrarlamaq üçün “Real”ın qarşısında cəmi bir matç qalır.

Dünənki görüş isə  futbol tarixinə  Ronaldonun adını qızıl hərflərlə yazdı. Onun “Bavariya”ya qarşı dublu, ümumilikdə isə bu mövsüm vurduğu 16 qol yeni bir rekordun əsasını qoydu. Sonda 2002-ci ilin finalında futbol akademiki Zidanın “Bayer Leverkuzen”ə vurduğu möhtəşəm qolu və “Bavariya”- “Real”Madrid oyununda vurulan qolları təqdim edirik.


İqbal