“Real”ın ulduz futbolçusu gizlincə evləndi - Cütlüyün 3 övladı var + Fotolar

realin-ulduz-futbolcusu-gizlince-evlendi
Oxunma sayı: 2298

“Real Madrid” futbol klubunun və Uels milli yığmasının ulduz futbolçusu Qaret Beyl sevgilisi Emma Ris-Consla gizlincə ailə həyatı qurub. “Qafqazinfo” bildirir ki, bu barədə “The Sun” xəbər verib.

Mənbənin məlumatına görə, İspaniyanın Taqomaqo adasında yerləşən beş ulduzlu oteldə təşkil olunan məclisdə 60-a yaxın adam iştirak edib. Dəvətlilər arasında yalnız cütlüyün qohum və yaxın dostları olub.  

Cütlük toyda iştirak edə bilməyənlər üçün daha bir məclis keçirməyi planlaşdırır.

Xatırladaq ki, Qaret və Emmanın üç övladı var.