“Real”la “Mançester Siti” 1/4 finalda

realla-mancester-siti-14-finalda
Oxunma sayı: 4002

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki cavab oyunu keçirilib. “Qafqazinfo” xəbər verir ki, Madrid "Real"ı öz meydanında "Atalanta"nı qəbul edib.

İlk oyunda səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn ispanlar, cavab matçında da "Atalanta"dan üstün olub - 3:1.

"Mançester Siti" isə pandemiya səbəbindən Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunu Macarıstanda qəbul edib. Budapeştdəki "Puşkaş Arena"da keçirilən qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra "Real"la "Mançester Siti" adını 1/4 finala yazdırıb.

Çempionlar Liqası

1/8 final, cavab oyunları

00:00. “Real” (Madrid, İspaniya) – “Atalanta” (İtaliya) - 3:1

Qol: K.Benzema, 34, Ramos, 59 (pen), Asensio, 85 - Muriel, 83

Madrid, “Alfdredo di Stefano” stadionu. Baş hakim: Danni Makkeli (Niderland)

İlk oyun - 1:0

00:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 2:0

Qollar: De Burune, 12, İlkay Gündoğan, 18

Budapeşt, "Puşkaş Arena". Baş hakim: Sergey Karasyev (Rusiya)

İlk oyun - 2:0